Design BY : ZauR!





Chata Giris
Menu
Sayt Necedir???
WwW.GozleriN.Tk
Səs verənlər: 266
Online

Saytda olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0
Sayt Admini!!!
Hava
Qan Yaddasi

Turk Seriallari
Reklam

Saytda reklam yerləşdirmək üçün

Sizin RekLam BuRda
Qusi Tel:(+994)-051-847-28-22
Saygac










Ana səhvə » 2010 » Aprel » 3 » Kamputer haqqinda hersey!!!
01:00
Kamputer haqqinda hersey!!!
                                                                  
 
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarixi
İnformatikanın əsas tərkib hissəsi olan kompüter texnikası kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca nəzər salaq.

İlk dəfə Blez Paskal (]]Fransa]]) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır; 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır; 1830-cu ildə çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur; 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (Amerika Birləşmiş Ştatları) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.

Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə Amerika Birləşmiş Ştatları-da ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir ki, həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamışdır və aşağıdakı mərhələlərdən keçmişdir:

I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
II nəsil (1960-1969) - element bazası əsasən yarımkeçiricilərdən ibarət olan kompüterlər. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.
III nəsil (1970-1985) - element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil kompüterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan Amerika Birləşmiş Ştatları-ın RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK, PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.
V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompüterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.

Quruluşu
Kompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur:

Sistem bloku,
manitor,
klaviatura,
'mous'.
Əlavə qurğular (periferiya qurğuları):

çap qurğusu və ya printer,
skaner,
modem,
rəqəm videokamerası,
səs gücləndiriciləri və s.
Kompüterlər portativ variantda da istehsal olunur * 'bloknot' (notebook). Burada sistem bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor isə klaviaturaya qapaq şəklində hazırlanır.

Manitor * kompüterdə olan informasiyaya baxmaq üçün istifadə olunur.
Klaviatura * kompüterə məlumatı (verilənləri və əmrləri) daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşina istənilən simvolları (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.
Printer * kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyümda) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.
Skaner * fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn və şəkilli məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur.
Multimedia qurğusu * informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.
Meynfreym * ümumi məqsədli universal elektron-hesablama maşınıdır (EHM). 70-ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə əsasən IBM firması məşğul olur.

Sistem bloku
Kompüterin sistem bloku təşkil olunmuşdur:

Ana plata, (kontrollerlər, əməli yaddaş qurğusu(RAM) üçün modullar, keş-yaddaş, akkumulyator batareyaları, PCİ, AGP və PCİ Exspress modulları)
Prosessor(soyuducu radiator və sərniçeş ilə);
Prosessorları qurmaq üçün adapterlər;
Yaddaş modulu;
Daimi yaddaş qurğusu (Winchester, ROM);
Disketləri (floppi) oxudan qurğu;
CD-ROM (Kompakt Disk * Read Only Memory);
Səs platası;
Qida bloku;
Korpus(Case).
Prosessor * hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs * saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs.

Yaddaş qurğuları
Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar:

Əməli yaddaş qurğusu (Random Access Memory * RAM,
Baxilib: 3074 | Yukleyib: Anonim | Reytinq: 3.0/3
Butun Yazilar: 0
Yazi yazmaq ucin qeydiyyat kec!!!
[ Qeydiyyat | Giriş ]
Sayta Giris
Leqeb:
Parol:
Azercell Webmesaj
Online Video

    armenian TERROR!
Full Albom
Saytda Axtar
Kalendar
«  Aprel 2010  »
BEÇÇACCAŞB
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Saytin Arxivi
Google


Menim Haqqimda
    <a <sol>
</ul>
</div> </div></b></font>
</span><script>
var from = 5;
var to = 15;
var delay = 60;
var glowColor =
Azeri Mp3


Video


Zengimcell
Reklam

Saytda reklam yerləşdirmək üçün

Sizin RekLam BuRda
Qusi Tel:(+994)-051-847-28-22
Saat
Gunluk Burcler
    Burcunu sec
Her Gun Yeni Proqramlar